İlkin Süleymanovla bağlı hökmdən şikayət verildi

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı amansızlıqda öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovla bağlı hökmdən apellyasiya şikayəti verilib.

Qafqazinfo xəbər verir ki, şikayət ərizəsində təqsirləndirilən şəxsin verilmiş ittihamlarla əlaqəsinin olmadığı, məhkəmə istintaqı müddətində bunu təsdiqləyən sübutlar ortaya qoyulduğu qeyd edilib.

Vəkillər üst məhkəmədən İlkin Süleymanov barəsindəki ittihamedici hökmün ləğv edilməsini, bəraət qərarı çıxarılmasını xahiş ediblər.

Şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması iyunun 5-də başa çatıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il azadlıqdan məhrum edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ