“Neftçi” baş məşqçisini istefaya göndərdi

“Neftçi” baş məşqçi Laurentsiu Regekampfla yollarını ayırıb.

Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Müşahidə Şurasının qərarı ilə əsas komandanın baş məşqçisi Laurentsiu Regekampf, köməkçi məşqçilər - Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Yeni baş məşqçinin kim olacağı açıqlanmayıb. Ancaq bu posta türkiyəli Sergen Yalçının təyin olunacağı ehtimal edilir.

Qeyd edək ki, 2022-ci ilin iyunundan “Neftçi”ni çalışdıran Laurentsiu Regekampf 2022/23 mövsümündə “ağ-qaralar”la Premyer Liqanın bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun finalçısı olub. “Neftçi” rumıniyalı mütəxəssisin rəhbərliyi altında 45 rəsmi oyun keçirib. Bu matçlardan 24-ü flaqmanın qələbəsi, 8-i heç-heçə, 13-ü isə məğlubiyyətlə başa çatıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ