Bakı şəhərində sürücülərin bir-birinə yol verməməsi mübahisə ilə nəticələnib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, maşından düşən iki qadın və iki kişi digər sürücü ilə mübahisə ediblər.
Körpəsi qucağında olan qadın isə mübahisə etdikləri sürücünün avtomobilinə təpik vurub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan sözügedən videodan məlumatlıdırlar:
“Qeyd olunan hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır”.