Paşinyan: Putin dedi ki, Əliyev imtina edib

2020-ci ildə müharibəni dayandırmaq üçün ilk cəhd oktyabrın 7-də Ermənistanın baş nazirinin Rusiya prezidenti Vladimir Putinə zəng edərək ad gününü təbrik etməsi ilə baş verib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibə ilə bağlı yaradılmış komissiyanın iclasında bildirib.

“Putin müharibəni dayandırmaq üçün vasitəçilik səyləri göstərmək istədiyini söylədi. Şərtlərlə maraqlanaraq razılaşdığımı dedim. Biz hesab edirdik ki, atəşkəs ilkin şərtsiz olmalıdır. Axşam ikinci söhbət oldu və Putin dedi ki, Əliyev bundan imtina edib.

Paşinyanın sözlərinə görə, “ertəsi gün Putin bildirib ki, Əliyev bir şərt irəli sürür - Füzulini döyüşsüz təslim etmək, Ermənistan silahlı qüvvələri Araz boyu Xudafərin su anbarına çəkilməlidir və bu ərazi Azərbaycanın nəzarəti altında olmalıdır. Bundan başqa, Bakı hərbi əsirlərin qaytarılmasını mümkün hesab edərək, Quliyev və Əsgərovu geri almaq istəyirdi. Ancaq bunun üçün hərbi əməliyyatların dayandırılması deyil, ölənlərin dəfni üçün humanitar atəşkəs elan ediləcəkdir və döyüşlərin yenidən başlamaması üçün heç bir öhdəlik yox idi. Mən imtina etdim. Buna baxmayaraq, dedim ki, su anbarından birgə istifadə mümkündür, Əliyev Rusiyaya nə qədər hərbi əsiri qaytaracağını desə, Quliyevlə Əsgərovun qaytarılması müzakirə oluna bilər, Füzulinin təslim olması yolverilməzdir və humanitar atəşkəsi tam qəbul edirik.

Ermənistanın baş naziri deyir ki, “Rusiya prezidenti Vladimir Putin ona bildirib ki, Azərbaycanın [Şuşanın erməni olaraq qalması üçün] şərti Şuşi əhalisinin 90%-ni təşkil edən azərbaycanlı qaçqınların şəhərə qayıtmasıdır”.

Baş nazir əlavə edib ki, Rusiya üçün bu məqbul təklif idi.

Paşinyan bildirib ki, Şuşadan başqa, Bakı ilə Ermənistana təklif olunan atəşkəsin şərtlərinə Azərbaycanı Naxçıvanla birləşdirən dəhlizin təhlükəsizliyini təmin etmək üçün Meqridə Rusiya sülhməramlılarının yerləşdirilməsi də var idi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ