Biləsuvarda qətlə yetirilən keçmiş polisin görüntüsü yayıldı - foto

Xəbər verdiyimiz kimi, dünən Biləsuvarda keçmiş polis əməkdaşı Bayram Oruc oğlu Bayramov qətlə yetirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonda 8 saylı qəsəbənin ərazisindəki kafedə baş verib. 

1983-cü il təvəllüdlü B.Bayramovla qonşusu, 1971-ci il təvəllüdlü Fəxrəddin Əli oğlu Həsənov arasında münaqişə baş verib. Nəticədə F.Həsənov həmyerlisini bıçaqlayaraq qətlə yetirib.

Qətlə yetirilən B.Babayevin keçmiş polis əməkdaşı olduğu bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ