Azərbaycanda ilk Hava Şarları Festivalı keçirildi - FOTO

İyunun 17-18-də Azərbaycanda ilk Hava Şarları Festivalı (Balloon Festival) keçirilib.

İyunun 17-də nümayiş uçuşu, iyunun 18-də səhər saatlarında isə qonaqların iştirakı ilə festivalın əsas uçuşları olub. 

Azərbaycandakı hava şarları layihəsinə hazırlıqlar 2 il davam edib. Festivaldakı hava şarları Böyük Britaniya və Türkiyədə hazırlanıb və bu şarlar öz maraqlı dizaynları ilə də diqqətçəkən olub. 

Festival çərçivəsində tanınmış ifaçıların iştirakı ilə konsert proqramı da təşkil edilib. Xalq artistləri Faiq Ağayev, Miri Yusif, Əməkdar artist Lalə Məmmədova, Dilarə Kazımova, Eldar və Nigar və digərləri izləyicilərin qarşısına hit mahnılarla çıxıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ