Qaradağ Rayon İcra Hakimiyyətinin önündə qazi Elnur Səmədovun ona verilən avtomobili yandırdığını eks etdirən görüntülər yayılıb.
Bu barədə “Gənc qazilər” ictimai birliyinin sədri Hacı Vəliyev feysbuk səhifəsində paylaşım edib.
Bildirilir ki, o, bu addımı icra hakimiyyətinin özbaşınalığına etiraz olaraq atıb.
Qaradağ Rayon İcra Hakimiyyətindən bildirilib ki, müvafiq orqanlar tərəfindən araşdırılma gedir.