Azərbaycanda koronavirus: Son statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 888 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 593 nəfər müalicə olunaraq sağalıb, 10 281 nəfər vəfat edib, aktiv xəstə sayı 14 nəfərdir.

Ölkədə son sutka ərzində 922, hazırkı dövrədək isə 7 635 681 test aparılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ