Ukrayna hərbçiləri Luqansk vilayətində Kremennaya rayonunda Rusiya Federasiyasının Silahlı Qüvvələrinin 20-ci Birləşmiş diviziyasına zərbələr endirib.
Rusiyalı “hərbi müxbirlərin” açıqlamalarına istinad edən Amerika Müharibənin Tədqiqi İnstitutunun analitiklərinin fikrincə, zərbə rusiyalı hərbçilərin komandirləri general-mayoru Suxrab Əhmədovun gəlişini gözləyən zaman endirilib.
Qeyd olunur ki, HIMARS MLRS-nin zərbələri nəticəsində Rusiya ordusunun yüzə yaxın əsgəri həlak olub, daha yüzə yaxın hərbçi isə yaralanıb.
Rusiyalı təbliğatçıların fikrincə, söhbət təkcə canlı qüvvədən deyil, həm də zirehli texnika kolonundan gedir.