Abşeron rayonunun Mehdiabad kəndindəki marketlərdən birinin sahibi 60-65 yaşlı kişi uşağa qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilir.
Azyaşlının yaxınlarının haqqin.az-a verdiyi məlumata görə, Elxan İmaməliyev onlarla qonşuluqda yaşayır.
“Bazarın yanında oyun zalı açıb. Uşağımızın 9 yaşı var, inkişafında gerilik var, deyəsən İmaməliyev bundan istifadə edib” dedilər.
Uşaq başına gələnləri valideynlərinə danışıb. Onun sözlərinə görə, zala daxil olan zaman oarnın sahibi qapını içəridən bağlayıb və onuna qarşı seksual xarakterli hərəkətlər edib. Beləliklə, İmaməliyev bir neçə ay əylənib. Uşağın yaxınlarının sözlərinə görə, kişi uşaqları şirniyyatla şirnikləndirib. Ancaq pedofil hiyləgər idi və inkişafında gerilik olan uşaqları seçirdi, görünür, valideynlərinə heç nə deyə bilməyəcəklərinə ümid edirdi.
Artıq uşağın ailəsi polisə müraciət edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin məlumata görə, Abşeron Rayon Polis Şöbəsinin müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı ekspertiza təyin edilib, cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.