Rusiya Odessanı “Kalibr”lə vurdu: ölənlər var - foto

Çərşənbə axşamı, iyunun 14-nə keçən gecə Rusiya qoşunları Odessaya raket zərbəsi endirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Cənub Əməliyyat Komandanlığının mətbuat xidməti məlumat yayıb.

“Yenilənmiş məlumatlara görə, rusiyalılar Qara dənizdəki gəmidən Odessaya dörd “Kalibr” raketi atıblar. Hava döyüşü və partlayış dalğası nəticəsində şəhərin mərkəzində biznes mərkəzi, təhsil müəssisəsi, yaşayış kompleksi, iaşə obyektləri və mağazalara ziyan dəyib. Altı nəfər xəsarət alıb”, - qurumdan bildirilib.

Bundan başqa, pərakəndə satış şəbəkələrindən birinin anbarına düşən Rusiya raket üç nəfər həlak olub, daha yeddi nəfər isə yaralanıb. İnsanların ola biləcəyi dağıntıların təmizlənməsi davam edir.

Xatırladaq ki, ötən gecə Rusiya ordusu Krivoy Roqda beşmərtəbəli yaşayış binasına raket zərbələri endirib. Son məlumatlara görə, 12 nəfər ölüb, 36 nəfər yaralanıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ