Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuata bəyanatlarla çıxışları zamanı maraqlı məqam yaşanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı Azərbaycan əhalisinin sayı məsələsinə toxunaraq “Türkiyədə əhalinin artımı üçün bir ailədə azı 3 uşaq olmasını deyirdim, Azərbaycanda isə bir ailədə azı 5 uşaq olmalıdır” deyə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda əhalinin artımına nail olmaq lazımdır: “Bu olduqda, Azərbaycan daha da güclənəcək”.
Prezident İlham Əliyev isə Ərdoğanın bu təklifinə gülümsəyərək reaksiya verib.