Bakı və İrəvan razılığıa gəliblər - Simonyan

Ermənistan və Azərbaycan regional kommunikasiyaları açılması məsələsində razılığıa gəliblər, lakin aydınlaşdırılmalı olan texniki məsələlər qalıb. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“Ümumi məsələlərdə [kommunikasiyaların açılması] qarşılıqlı anlaşma var, problemin həlli texniki xarakter daşıyır, müəyyən marşrutda hansı yükün olması <...>. Biz bütün yolların açılmasının tərəfdarıyıq”, - deyə o bildirib.

Qeyd edək ki, regional kommunikasiyaların açılması ilə bağlı məsələlərlə Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərindən ibarət işçi qrupu məşğul olur. Qrupun sonuncu iclası iyunun 2-də Moskvada baş tutub. Ermənistan hökumətinin bəyanatına görə, Yeraşx - Culfa - Meğri - Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ