Nardaranda istirahət mərkəzində dava - video

Daxili İşlər Nazirliyi Sabunçu rayonu, Nardaran qəsəbəsindəki istirahət mərkəzində baş vermiş insidentlə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, xuliqanlıq hərəkətləri törədən şəxslər müəyyən olunub: “Bakı şəhəri, BPİ İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə iştirakçılarından bir qrupu saxlanılıb. Cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir”.

Əldə etdiyimiz məlumata görə, artıq saxlanılan şəxslər məhkəmə qarşısına çıxarılıb və istintaq müddəti üçün barələrində həbs qətimkan tədbiri seçilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ