Bakının Nərimanov rayonunda 34 nömrəli tam orta məktəbin həyətində kütləvi dava olması ilə bağlı məlumat yayılıb. 2002-ci il təvəllüdlü R. İ və 2006-ci il təvəllüdlü Z.T-nin dava zamanı bıçaqlandığı və xəstəxanaya yerləşdirildikləri bildirilir.
34 nömrəli tam orta məktəbdən “Qafqazinfo”ya verilən məlumata görə, məktəbin həyətində kütləvi dava olması və XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) bıçaqlanması barədə məlumat həqiqəti əks etdirmir.
“Valideynlərin yazılı qaydada bildirdiyinə görə adıçəkilən şagirdin qardaşı iyunun 11-də dostu ilə Nabranda istirahət mərkəzində mübahisə edib, daha sonra Nərimanov rayonunda məhəllələrin birində mübahisənin davamı olub. Bu əsnada məktəbin şagirdi də qardaşına görə hadisənin iştirakçısına çevrilib. Həmin şagird bu gün dərs prosesində iştirak edib”, - rəsmi məlumatda qeyd edilib.
Məktəbdən həmçinin bildirilib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.