Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi (Yuqra diyarı) Dumasının deputatı Aleksandr Kolodiçin meyiti Yeni Moskva rayonunda aşkarlanıb.
Bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.
Qeyd olunub ki, deputatın meyiti Yeni Moskvada fərdi yaşayış evinin zirzəmisində tapılıb və cəsədin üzərində zorakılıq əlamətləri aşkarlanıb.
Deputatın yoldaşı evdə ağır yaralanmış vəziyyətdə tapılıb və bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı 1 nəfər saxlanılıb və həmin şəxsin həyətyanı sahədə çalışan işçi olması bildirilib.