“Mançester Siti”nin məşqçisinin atası İstanbulda itkin düşüb

“Mançester Siti”nin məşqçisi Enzo Mareskinin atası Çempionlar Liqasının finalında Türkiyədə itkin düşüb. Bu barədə “Corriere della Sera” məlumat yayıb.

Nəşrin məlumatına görə, mütəxəssisin atası oyun günü İstanbulda yoxa çıxıb. Hazırda Türkiyə polisi onun axtarışlarını davam etdirir.

“Mançester Siti” Çempionlar Liqasının finalında “İnter”ə 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 68-ci dəqiqədə şəhərlilərin 26 yaşlı yarımmüdafiəçisi Rodriqo Hernandes vurub. Beləliklə, komanda tarixdə ilk dəfə Çempionlar Liqası kubokunu qazanıb.

43 yaşlı Mareska 2022-ci ildən “Mançester Siti”də işləyir. O, “Yuventus” və “Sevilya”da oynaması ilə tanınır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ