“Əziz Şuşa” beynəlxalq velosiped yarışının qalibi məlum oldu

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının sonuncu - beşinci mərhələsinə yekun vurulub.

Yarışa Beyləqan Şəhər İcra Hakimiyyətinin qarşısından start verilib. Sonuncu mərhələdə idmançılar Beyləqan-Şuşa marşrutu üzrə hərəkət ediblər. Ümumilikdə, velosipedçilər 132,2 kilometr məsafə qət ediblər.

Sonuncu mərhələnin nəticələrinə görə, birinci yeri İtaliyanın “Team Technipes İnemiliaromagna” komandasının velosipedçisi Emanuele Ansaloni, ikinci yeri Rumıniya komandasının üzvü Kristian Raileanu, üçüncü yeri isə eyni komandanın üzvü Martin Nessler tutublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ