“Ağdam şəhərində də bu proses sürətlə gedir. Burada ərazi geniş olduğu və bu səbəbdən də böyük həcmdə infrastruktur quruculuğu aparıldığı üçün məskunlaşmanın gələn ilin sonunda başlanacağı nəzərdə tutulur”.
Bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsi Emin Hüseynov “Xalq qəzeti”nə müsahibəsində bildirib.
“Ümumiyyətlə, 2026-cı ilin sonunadək Ağdam şəhərinə 20 min keçmiş məcburi köçkünün köçürülməsi planlaşdırılır”, - deyə o qeyd edib.