Azərbaycanda toya gedən bələdiyyə sədri qəza nəticəsində ölüb.
Buta.media xəbər verir ki, BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Samux rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Qəza Tatlı kəndində qeydə alınıb. Goranboy rayon Baxşakürd kənd bələdiyyə sədri Sakit Verdiyevin idarə etdiyi 22 BJ 696 dövlət nömrə nişanlı "Mercedes"markalı avtomobillə qəza törədib. Nəticədə sürücü hadisə yerində ölüb.
Hazırda faktla bağlı araşdırmalara başlanılıb. Qəzanın səbəbləri araşdırılır.