“Statistikaya nəzər salsaq görərik ki, Azərbaycan abortun sayına görə ilk yerlərdə olan ölkələrdən biridir. Azərbaycanda nə qədər qadağalar qoyulsa belə, həkimlər bunu reallaşdıra bilirlər. Onlar müxtəlif diaqnozlar qoyaraq bunu edirlər.
Bunu Yenisabah.az psixoloq Gülnar Orucova qeyd edib.
"Hətta xaricdə yaşayan həmvətənlərimiz sırf bu məqsədlə Azərbaycana gəlirlər. Çünki xaricdə abort etdirmək üçün kifayət qədər səbəbin olmalıdır ki, buna icazə verilsin. Xaricdə bunu etmək çox çətin olduğu üçün onlar Azərbaycana gəlirlər, çünki burada uşağı götürtmək daha asan olur”. - o, əlavə edib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda 15-19 yaş qrupları arasında 2 100 abort qeydə alınıb. Statistikaya görə aborta gedənlərdən 15-17 yaş aralığında olanların sayı 100, 18-19 yaş aralığında olanların sayı isə 2 min olub.
Ölkəmizdə 2022-ci ildə ümumilikdə, 58 min abort qeydə alınıb.