Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) əks-hücumunun başlama qrafiki təsdiqlənib. Zelenski Almaniyanın “Bild” nəşrinə müsahibəsində planlarını bölüşüb.
Onun sözlərinə görə, Ukrayna ordusunun əks-hücumu ilə bağlı bütün vacib qərarlar artıq qəbul edilib.
“Biz qoşunlarımızın hərəkətinə başlamaq üçün qrafiki təsdiqləmişik, qərarlar qəbul edilib”, - deyə siyasətçi bildirib.