Bakıda qısqanc ər arvadının qanını tökdü

Bakının Binəqədi rayonunda kişi həyat yoldaşını qətlə yetirməyə cəhd edib.

Buta.media xəbər verir ki, bu haqda Oxu.Az-a Binəqədi rayon hüquq mühafizə orqanlarından məlumat verilib.

İlkin məlumata görə, mayın 3-də saat 07:00 radələrində Sulutəpə qəsəbəsində Abşeron rayon sakini – 31 yaşlı Elşən İsgəndərov aralarında düşən münaqişə zamanı həyat yoldaşı – 26 yaşlı Qaragöz İsgəndərovaya  deşici bıçaq xəsarətləri yetirib.

Zərərçəkən  1 saylı Kliniki Tibbi Mərkəzə ağır vəziyyətdə yerləşdirilib.  Qadın hələ özünə gəlmədiyindən, müstəntiqlər onu dindirə bilməyib.

Hadisəni törədən şəxs könüllü şəkildə polisə təslim olub. Fakt üzrə araşdırmanı rayon prokurorluğu aparır. Cinayətin motivləri araşdırılır. İlkin versiyaya görə, insident qısqanclıq zəminində baş verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ