Xocavənd rayonunun Azıx kəndində çəkiliş aparan zaman 20 azərbaycanlıya məxsus məzar daşı tapılıb. Mərmər daşlar erməni ailənin yaşadığı evin qarajında aşkarlanıb.
APA-nın məlumatına görə, məzar daşlarının üzərində ad-soyad, doğum və ölüm tarixləri qeyd olunub:
Əliyeva Qönçə Həmzə qızı (1914-1990)
Qarayev Əli Zülfüqar oğlu (1933-1992)
Hüseynova Telli Şirin qızı (1903 -1991)
Məmmədov Sərxan Gülmalı oğlu (1886-1975)
Hacıyeva Bəyim Ələkbər qızı (1912-1989)
Məmmədova Şamama Namaz qızı (1894-1978)
Səfiyev Fərhad Mürsəl oğlu (1917-1993)
Atakişiyeva Bəyaz Şirin qızı (1906-1979)
Quliyev Əyyub Hüseynalı oğlu (1924-1991)
Həsənov Soltan Şirin oğlu (1928-199)
Abbasov Qadir Allahyar oğlu (1971-1983)
Zeynalov Umud Səlim oğlu (1926-1990)
Bəzi məzar daşlarında ad-soyad olmasa da, şəkillər var.
Qeyd edək ki, Xocavənd rayonunun Azıx kəndi 1993-cü ildə erməni silahlı birləşmələrinin nəzarətinə keçib, 2020-ci il noyabrın 9-da işğaldan azad olunub. Hazırda kənd mina və partlamamış sursatlarla çirklənmiş hesab olunur.