Bakı şəhərində avtomobil məktəbli qızı vurub. Hadisə Parlament prospektində, 20 nömrəli məktəb-liseyin qarşısında baş verib.
Ətrafdakı insanların sözlərinə görə, 205 nömrəli marşrut avtobusunun sürücüsü nəqliyyat vasitəsini dayanacaq üçün ayrılmış zolaqdan kənarda saxlayıb. Bu zaman 99-NL-772 dövlət nömrə nişanlı “Volkswagen” markalı avtomobil avtobusu sağdan ötməyə çalışıb və marşrut avtobusundan düşən məktəbli qızı vurub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, məktəbli qız xəstəxanaya yerləşdirilib.