“Netflix”in serialında Şvartseneggerin qəhrəmanı Bakıya yola düşür - video

Mayın 25-də “Netflix” yayım platforması 75 yaşlı Arnold Şvartseneggerin rol aldığı “Fubar” teleserialının premyerası oldu.

Casus komediya janrında çəkilmiş “Fubar” səkkiz seriyadan ibarətdir. Ssenariya görə təqaüdə çıxmaq istəyən, lakin ailə sirrini öyrəndikdən sonra işə qayıtmağa məcbur olan MKİ agenti Lyuk Brunner (Arnold Şvartsenegger) son missiyanı yerinə yetirməlidir.

Epizodların birində Şvartseneggerin qəhrəmanı Bakı və Azərbaycanla bağlı tapşırıq alır, burada o və komandası şəxsiyyətlərini dəyişdirməli və uydurma Sardoviya ölkəsinə uçmalıdır.

Epizoda 1news.az nəşri diqqət çəkib.

Lakin Şvartseneggerin qəhrəmanının bu missiyanı necə yerinə yetirməsi “Fubar” layihəsində göstərilmir - serialda hadisələr dərhal Sardoviyaya köçürülür və burada baş qəhrəmanın tabutdan necə çıxdığı göstərilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ