Bakıda dəhşətli qəza: Avtomobil iki hissəyə bölündü - video

Ötən gün səhər saatlarında paytaxtın Səbail rayonunun Salyan yolu küçəsində qəzaya uğrayan “Hyundai Sonata” markalı 99 LX 111 dövlət qeydiyyat nişanlı avtomobilin görüntüləri yayılıb.

Qəza zamanı sürücü 1999-cu il təvəllüdlü Şiriyev Tural Araz oğlu hadisə yerində vəfat edib, onun qardaşı 2000-ci il təvəllüdlü Turqay isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 

Hadisəyə səbəb avtomobilin yüksək sürətlə hərəkət etməsi göstərilir. Qəza zamanı sürücü idarəetməni itirərək avtomobili Bibiheybət məscidi yaxınlığında reklam lövhəsinin dirəyinə çırpıb. Nəticəsdə nəqliyyat vasitəsi iki hissəyə bölünüb.

Avtomobilin “Rent-a-car”dan icarəyə götürüldüyü bildirilir.

Faktla bağlı Səbail RPİ-də cinayət işi başlanılıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ