"TikTok"da polisə söyən şəxs həbs olundu

“Tik-tok” platformasında Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının ünvanına əsassız və qərəzli formada iddialar səsləndirən, eləcə də onlar barəsində nalayiq ifadələr işlədən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Süleymanov müvafiq araşdırmalar aparılması məqsədilə polis şöbəsinə dəvət edilib.

DİN-in mətbuat xidmətinin bölgə üzrə baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, o, yenidən səs-küy qaldıraraq nizamsız hərəkətlərini davam etdirmiş, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərib. Bu hərəkətlərinə görə onu rayon polis şöbəsinə gətiriblər.

Məhkəmənin qərarı ilə A.Süleymanov barəsində 30 gün inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

Qeyd edək ki, Gəncə şəhər sakini olan A.Süleymanov Daşkəsən rayonu ərazisində ayrı-ayrı vətəndaşlara məxsus örüş sahələrini zəbt edərək qanunsuz olaraq digər şəxslərə icarəyə verib. Onun bu cəhdinin qarşısını polis əməkdaşları aldığına görə A.Süleymanov polis haqqında həqiqətə uyğun olmayan iddialar səsləndirib.v

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ