Gələcəkdə hava şarlarına minmək neçəyə olacaq?

Bu gün Hava Şarları Festivalının Təşkilat Komitəsi brifinq keçirib.

“Qafqazinfo” xəbər verir ki, budəfəki festivalda uçuşlara yalnız Təşkilat Komitəsi tərəfindən dəvət edilmiş şəxslər qatıla biləcək.  

Lakin gələcəkdə bu prosesin biletlə həyata keçirilməsi gözlənilir. Kommersiya uçuşlarına biletlərin qiymətinə gəlincə isə Təşkilat Komitəsi hazırda digər ölkələrdə belə uçuşlara qiymətlərin yüksək olduğunun müşahidə edildiyini bildirir:

“Digər ölkələrdə də müşahidə olunur ki, bu növ əyləncələrə qiymətlər adətən yüksək olur. Azərbaycanda biletlərin qiymətlərinin daha münasib olmasına çalışırıq. Yekun qərarı isə, təbii ki, müvafiq məlumatları topladıqdan sonra paylaşa biləcəyik.”

Qeyd edək ki, iyunun 17-18-də Azərbaycanda- Şamaxıda ilk Hava Şarları Festivalı (Balloon Festival) keçiriləcək.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ