Rusiyalı məşhur pop ifaçısı Vera Brejneva Bakıya gəlib.
Buta.media-nın məlumatına görə, Oxu.Az xəbər verir ki, Vera Azərbaycana tanınmış avtomobil brendlərindən birinin dəvəti ilə təşrif buyurub.
Rəqqasları ilə səhnədə şou nümayiş etdirən Brejneva öndən qısa, mavi, sinə və ayaq dekolteli libasda olub.
Konsert bitər-bitməz yorğunluğunu çıxarmaq üçün qaldığı lüks otelə geri dönən ulduzun başına iş gəlib.
Belə ki, sənətçi çıxarkən otel otağının açarlarını elə otaqda unudub.
Qapı önündə oturan sənətçi zarafatından da qalmayıb: “Gördüyünüz kimi, işdən, bax, belə qayıtmışam”.
Qapı önündə çarəsiz qalan Brejnevanı dostları bir müddətlik öz otaqlarına dəvət ediblər.
Yaşananları isə Vera telefonunun yaddaşına köçürərək şəxsi instaqram hesabında izləyiciləri ilə bölüşüb.