Hindistanda Qanq çayı üzərində körpü çökdü - video

Hindistanın Bihar əyalətinin Bhaqalpur şəhərində Qanq üzərində 208 milyon dollar dəyərində dörd zolaqlı körpü uçub. Hadisənin videosunu “Times of India” nəşri yayıb.

Kadrlarda körpünün sütunlarının çökməsi və bütün strukturun suya düşməsi əks olunub. Çayda azı 30 plitə və bir neçə dirək tapıldığı qeyd edilir.

NDTV-nin məlumatına görə, hökumət bazar günü baş vermiş insidentlə bağlı araşdırma aparılmasına göstəriş verib və bildirib ki, səhvə yol verən məmurlara qarşı sərt tədbirlər görülməlidir.

Körpüdə işləyən mühafizəçi itkin düşüb, xilasedicilər onu tapmağa çalışır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ