“Vaqner” döyüşçüləri Rusiya polkovnik-leytenantını əsir götürdülər

“Vaqner” ÖHŞ-nin (özəl hərbi şirkət) rəhbəri Yevgeni Priqojinin mətbuat xidməti 72-ci motoatıcı briqadanın komandiri, polkovnik-leytenant Roman Venevitinin muzdlular tərəfindən dindirilməsinin videosunu dərc edib.

Görüntülərdə burnu zədələnmiş kişi zirzəmidə dayanıb. O etiraf edir ki, “Vaqner”- in çevik reaksiya qrupunun tərksilah edilməsi əmrini verib və sərxoş halda muzdluların olduğu “Ural” markalı avtomobilə atəş açıb. 

Həmçinin bildirilir ki, Baxmut yaxınlığında Semiqorye kəndində “Vaqner” döyüşçüləri və Rusiya Müdafiə Nazirliyinin hərbçiləri arasında atışma baş verib. “İnsider” yazır ki, insident mayın 17-də baş verib. “Vaqner” döyüşçüləri geri çəkilmə yollarının Rusiya hərbçiləri tərəfindən minalanmasını görüblər. Muzdlular  yolu təmizləmək istəyəndə hərbçilər onlara atəş açıblar.

Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı şərh verməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ