Benzema “Real Madrid”dən getdi

“Real Madrid” klubu hücumçusu Kərim Benzemanın komandanı tərk etdiyini açıqlayıb. Bu barədə klubun saytı məlumat yayıb.

“Real Madrid” və kapitanımız Kərim Benzema klubumuzun futbolçusu kimi onun parlaq və unudulmaz dövrünü başa vurmaq üçün razılığa gəliblər”, - klubun açıqlamasında deyilir. Madridlilər 35 yaşlı idmançıya təşəkkür edib və onu ən böyük əfsanələrdən biri adlandırıb.

Dekabrın 19-da Benzema Fransa millisindəki karyerasını başa vurduğunu açıqlamışdı. 2022-ci ilin oktyabrında o “Qızıl Top” mükafatını qazanıb.

Benzema 2009-cu ildən “Real Madrid”də çıxış edir. Komanda ilə birlikdə o, dörd dəfə İspaniya çempionatının qalibi olub, üç dəfə İspaniya kubokunu və dörd dəfə İspaniya Superkubokunu qazanıb. Bundan əlavə, futbolçu beş dəfə Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının qalibi olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ