Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Kiyev əks-hücuma hazırdır.
“Ordumuzun ümid etdiyi bütün silahları almamasına baxmayaraq, biz daha gözləyə bilmərik”, - deyə Zelenski bildirib.
O əlavə edib ki, Ukrayna əks-hücum üçün bəzi əlavə resurslara sahib olmaq istəsə də, aylarla gözləyə bilməz.
“Bunun nə qədər vaxt aparacağını və hansı qiyməti ödəyəcəyimizi dəqiq bilmirəm”, - Zelenski deyib.
O həmçinin qeyd edib ki, Rusiyanın havada üstünlüyü var və təyyarələrdən müdafiənin olmaması əks-hücum zamanı böyük itkilərə səbəb ola bilər. Ukrayna lideri onu da vurğulayıb ki, Kiyevin həm mülki əhalini, həm də cəbhə xəttindəki əsgərləri qorumaq üçün əlavə “Patriot” komplekslərinə ehtiyacı var.