Hindistanda iki qatar toqquşdu: onlarla ölən var - video

Hindistanda Balasore şəhəri yaxınlığında sərnişin və yük qatarı toqquşub. Bu barədə NDTV telekanalı məlumat yayıb.

Qatar Kəlküttədən Çennaya gedirdi. Qatarın qəzaya uğradığı görüntülərdə dörd sərnişin vaqonunun relsdən çıxdığı görünür.

Son məlumatlara görə, hadisə nəticəsində 179 nəfər yaralanıb, azı 50 nəfər ölüb. Bir neçə sərnişin relsdən çıxan vaqonların altında qalıb.

Hadisə yerinə xilasedicilər və tibb işçiləri cəlb olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ