Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi üçün Ankaraya səfər edəcək.
Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Ermənistan Nazirlər Kabineti Paşinyanın andiçmə mərasiminə gedəcəyini təsdiqləyib.