İyunun 1-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
18:13
Moldovada “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı çərçivəsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair üçtərəfli görüş başlayıb.
İclasda Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edirlər.