Baxmutda vəziyyət dəyişdi

Rusiyalılar cəbhənin Baxmut istiqamətində fəallığı xeyli azaldıblar. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatı Ukrayna televiziyasının efirində bildirib.

Onun sözlərinə görə, gün ərzində Baxmut istiqamətində cəmi dörd toqquşma qeydə alınıb.

“Rusiya qoşunları Baxmut istiqamətində fəaliyyətini xeyli azaldıb. Son günlər biz minimum toqquşmaların şahidi oluruq. Bu gün dörd döyüş olub”.

Bundan əlavə, Çerevatı qeyd edib ki, rusiyalılar yerdəyişmələrini artilleriya atəşi ilə aktiv şəkildə müdafiə edirlər. Bu günlərdə Rusiya hərbçiləri artilleriyadan 436 zərbə endirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ