Göyçayda güclü külək nəticəsində iki nəfər ölüb

Göyçay rayonunda güclü külək və qasırğa 2 nəfərin ölümünə səbəb olub, yaralananlar var.

Report xəbər verir ki, onlardan biri avtomobildə olan zaman üzərinə ağac aşıb, digəri isə evin uçması nəticəsində dünyasını dəyişib.

Bundan əlavə, Mırtı və Qarabaqqal kəndlərində yaralananların olduğu bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ