Vilayət Eyvazovdan yüksək vəzifəyə yeni təyinat

Azərbaycanda “İnterpol”un Milli Mərkəzi Bürosuna yeni rəis müavini təyin olunub.

Qaynarinfo-nun məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu barədə əmr imzalayıb. 

Əmrə əsasən, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polkovnik Namiq Camalov vəzifəsindən azad olunaraq sözügedən quruma rəis müaviini təyin edilib.

Qeyd edək ki, Namiq Camalov sabiq müdafiə sənayesi naziri, mərhum Yavər Camalovun qardaşı oğludur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ