Latviyanın XİN başçısı ölkənin yeni prezidenti oldu

Latviya Seymi hazırkı Xarici İşlər Naziri Edqar Rinkeviçi ölkənin yeni prezidentini seçib.

Rinkeviçin namizədliyi baş nazirin “Yeni Birlik” partiyası tərəfindən irəli sürülüb. Eyni zamanda, hakim koalisiyanın bəzi partiyaları XİN rəhbərinin namizədliyini dəstəkləmədiyi üçün üç tur səsvermə keçirilib. Son turda Rinkeviç 52 səs toplayıb (ən azı 51 səs lazım idi).

Prezident kimi Rinkeviç 2019-cu ildən bu vəzifədə çalışan Eqils Levitsi əvəz edəcək. Levits cari seçkilərdə iştirak etməyib.

Latviya parlament respublikasıdır. Prezident formal dövlət başçısıdır, və o, baş nazirdən xeyli az səlahiyyətlərə malikdir. Rinkeviç 1991-ci ildə ölkə müstəqilliyini bərpa etdikdən sonra Latviyanın yeddinci prezidenti olub.

Rinkeviç açıq homoseksualdır. O, dünyada dövlət başçısı kimi fəaliyyət göstərən ikinci açıq LGBTQ+ nümayəndəsi olub. Birincisi, 2022-ci ildə San-Marinonun kapitan-regenti (rəhbəri) vəzifəsini tutan Paolo Rondelli idi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ