Ermənistan Silahlı Qüvvələrində qadın alayı yaradılacaq

Hazırda Ermənistanda Müdafiə Nazirliyinin qadın hərbçilər üçün təlim keçən hərbi hissələrindən birinin tərkibində xüsusi kazarma tikilir, müdafiə naziri Suren Papikyan bildirib.

Onun sözlərinə görə, daha sonra batalyon, gələcəkdə isə sırf qadınlardan ibarət alay yaradılacaq: “Hərbi xidmətə 18-27 yaş arası qadınlar müraciət edə bilər. Püşkatmadan orduya çağırılan qadınlar sonradan başqa hissələrə keçirilmə imkanı olmadan hərbi hissəyə göndəriləcək."

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ