Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təhlükəsizliyi üzrə normativ iş şöbəsinin rəisi, polkovnik-leytenant Muxtar Cəbişov özünü asaraq həyatına son qoymasının səbəbi məlum olub.
“Qafqazinfo”nun FHN-dən əldə etdiyi məlumata görə, nazirliyin əməkdaşı uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
İntihardan əvvəl yazdığı vəsiyyətnamədə də xəstəliyin əzablarına dözə bilmədiyini qeyd edib. O canına qəsd etməmişdən əvvəl zəng edib ailəsinə də bildirib. Hadisə qeyri-iş saatında, mərhumun atasının evində baş verib.
11:30
Abşeron rayonunda vəzifəli şəxs intihar edib.
Bakupost.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təhlükəsizliyi üzrə normativ iş şöbəsinin rəisi, polkovnik-leytenant Muxtar Cəbişov özünü asaraq həyatına son qoyub.
Hadisə Ceyranbatan qəsəbəsi Şahbala Hüseynov küçəsində yerləşən nömrəsiz evin həyətində baş verib. İntihar mayın 28-də qeydə alınıb.
Hadisənin baş verdiyi evin M.Cəbişovun atasına məxsus olduğu bildirilir. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.