Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş nazir Nikol Paşinyanla görüşündə hökumətin regionda sülhün bərqərar edilməsi siyasətini tam dəstəklədiyini bəyan edib.
“Keçən həftə siyasi həyatımızda mühüm hadisələr baş verib. Brüssel görüşündə siz Ermənistanın mövqeyini açıq şəkildə ifadə etdiniz. Bu mövqeyə əsasən, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və onlardan da eyni addımı gözləyirik”, - Xaçaturyan bildirib.
Xaçaturyan Paşinyanı əmin edib ki, “öz imkanları daxilində” regionda sülhün bərqərar olmasına yönəlmiş bütün proqramları dəstəkləyəcəyək.