“Qarabağ”ın Çempionlar Liqasının startındakı bütün rəqibləri bəlli oldu

“Qarabağ” klubunun Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki bütün mümkün rəqibləri bəlli olub.

Azərbaycan çempionu 25 xalla 1-ci turun iştirakçıları arasında yalnız Macarıstan klubu “Ferentsvaroş”dan geri qalır. “Qarabağ” daha 14 klubla birlikdə “səpələnmişlər” arasında olacaq. Artıq Ağdam klubunun bütün mümkün rəqibləri bəllidir.

Bunlar “Lincoln Red Imps” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakuv” (Polşa), “Partizani” (Albaniya), “Hakken” (İsveç), “Farul” (Rumıniya), “Valmiera” (Latviya), “Balkani” ( Kosovo), “Larn” (Şimali İrlandiya), “Hamrun Spartans” (Malta), “Svift” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya), eləcə də “Buducnost” (Monteneqro) – “Bredyablik” (İslandiya), “Tre Penne” (San Marino) – “Atletik” (Andorra) cütlərinin qalibidir.

“Səpələnməmişlər” arasında hələ müəyyənləşməyən Ermənistan çempionu da olacaq. Lakin istənilən halda UEFA ermənilərin “Qarabağ”la oynmasına imkan verməyəcək.

Birinci təsnifat mərhələsinin oyunları 11/12 və 18/19 iyul tarixlərində baş tutacaq. Birinci turun püşkatma mərasimi iyunun 20-də keçiriləcək. Ertəsi gün ikinci turun püşkatma mərasimi keçiriləcək. İyulun 24-də keçiriləcək üçüncü turun püşkatma mərasimində Qurban Qurbanovun komandası imtiyazlı komandası yenə də “səpələnmişlər” sırasında yer alacaq. Bu püşkatmada iştirak etmək üçün “Qarabağ” birinci turdan keçməlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ