Azərbaycanda küçədə itləri güllələyən şəxs "lotu" çıxdı - VİDEO

Tovuzda yaşlı kişi əlindəki silahla insanların gözü qarşısında küçə itlərini vurur.  Qan içində qalan itlərin can verməsi ilə bağlı yayılan videonun bazarda çəkildiyi bildirilir.

Buta.media-nın məlumatına görə, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Tovuz Rayon İcra Hakimiyyətinin başçısının şəhər inzibati ərazi üzrə nümayəndəsi Yaşar İbrahimov bildirib ki, itləri vuran bazarın sahibinin adamıdır:

"Bizim it vurdurmaqla işimiz yoxdur. Özümüz də maraqlanırıq ki, nə vaxtdan itlər vurulur. Hadisə bazarın yanındadırsa deməli bu itləri bazarın sahibi vurdurub. Buranın sahibi isə Seyid adlı bir şəxsdir. Özü Tovuzun Ağdam kəndindəndir. Heç kəsi vecinə almır, zibilləri yığışdırmaq üçün  kommunal ödənişləri də etmir. O lotudur., hökümətin qanunlarına da məhəl qoymur və heç kəsdən qorxmur".

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ