Bakının mərkəzində ilk yahudi restoranı açıldı - FOTO

Bakıda "7/40" adında ilk koşır (yahidlər tərəfindən icazə verilən yeməklər - red.) restoranı açılıb.

Buta.media-nın məlumatına görə, restoranın açılışında İsrailin Bakıdakı səfiri Dan Stav iştirak edib.

Rahib Şneur Seqal restorana koşır sertifikatı təqdim edib.

Qeyd olunur ki, koşır restoranının açılışı Azərbaycanın yəhudi icmasının tərəqqisinin nümunəsidir, həmçinin yəhudi və azərbaycanlı xalqlar arasında sıx dostluq münasibətinin simvoludur.

Restoran Nəsimi rayonundakı Səməd Vurğun küçəsində yerləşir. Yaxınlıqda XABAD sinaqoqu yerləşir.

Restoran 100 nəfər üçün nəzərdə tutulub. Müştərilərə Azərbaycan və Yaxın Şərq İsrail mətbəxinin geniş çeşidli yeməklərini təklif edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ