İlham Əliyev mənə zəng etməyib - Sinan Oğan

Türkiyə prezidentliyinə ATA ittifaqından olan azərbaycanlı əsilli namizəd Sinan Oğan Azərbaycan prezidenti İlham Əliyevin ona zəng edərək seçkilərdə Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

“Birmənalı şəkildə deyə bilərəm ki, prezident İlham Əliyev mənə zəng etməyib. Mən İlham Əliyevdən heç bir mesaj almamışam”, - deyə Oğan bildirib.

O qeyd edib ki, İlham Əliyevi Türkiyənin işlərinə qarışa biləcək şəxs hesab etmir.

“Mənim ona bir Türk dövlətinin rəhbəri olduğuna görə dərin hörmətim var. Eyni zamanda Qazaxıstan, Türkmənistan və digər Türk dövlətlərinin rəhbərlərinə olduğu kimi. Türkiyə Azərbaycanın daxili işlərinə qarışmadığı kimi, Azərbaycan da Türkiyənin daxili işlərinə qarışmır. Ona görə də bu cür mənasız bəyanatlara etibar etmək olmaz”, - deyə Oğan bildirib.

Türkiyəli müxalifətçi Azərbaycanda aktivlərinin olması ilə bağlı məlumatı da təkzib edib: 

“Sonra deyirlər ki, mənim Azərbaycanda neft quyularım var. Bu neft quyuları haradadır? Bu zaman bizi heç tanımayan bir şəxs buna şahid oldu. Həmin benzin doldurma məntəqəsinin işçisi 12 min tl tutan benzini özü qarşıladı”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ