Ukrayna artıq əks-hücum əməliyyatına başlayıb - Podolyak

Ukrayna qoşunları artıq əks-hücum əməliyyatına başlayıb. Bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak İtaliyanın RAI telekanalının Tg1 proqramına müsahibəsində bildirib.

“Əks-hücum artıq bir neçə gündür ki, davam edir”, - telekanal Podolyakın bəyanatından sitat gətirir. Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri qeyd edib ki, cəbhə 1,5 min kilometrə qədər uzanıb, lakin “ayrı-ayrı əməliyyatlar artıq başlayıb”.

Podolyak onu da bir daha bəyan edib ki, Ukrayna müttəfiqlərinin təhvil verdiyi silahlardan Rusiyaya zərbələr endirmək niyyətində deyil, yalnız “Rusiya Federasiyasının işğal etdiyi ərazilərdə, o cümlədən Krım və Donbasda” istifadə edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ