“Land Cruiser”i geriyə hərəkət etdirən sürücü piyadanı vurdu - video

Oğuz rayonunda avtomobili geriyə hərəkət etdirən sürücü piyadanı vurub.

“Report”un məlumatına görə, hadisə şəhərin Cavanşir küçəsində baş verib.

Belə ki, geriyə doğru hərəkət edən “Toyota Land Cruiser” markalı avtomobil yolu keçmək istəyən iki qadından birini vurub.

Hadisə nəticəsində qadın xəsarət alıb. O, yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya yerləşdirilib. Onun bədəninin müxtəlif nahiyələrində sınıqların olduğu müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ